Türk işi adamı «Khazar Islands» layihəsinə 125 mln. dollar yatıracaq

Türk işi adamı «Khazar Islands» layihəsinə 125 mln. dollar yatıracaq
# 11 iyul 2012 11:14 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Khazar Islands» layihəsini reallaşdıran «Avesta» konserninin rəhbəri Hacı İbrahim İbrahimov bildirib.

Onun sözlərinə görə, bu günlərdə Bakıda aparılan danışıqlarda türk işi adamının rəhbərlik etdiyi qrupun bu layihəyə investisiya yatırması barədə ilkin razılıq əldə olunub: «Bununla bağlı növbəti görüşümüz iyulun 19-20-də İstanbulda keçiriləcək».

İ.İbrahimov bildirib ki, ilkin razılığa əsasən, türk işi adamı «Khazar Islands» layihəsinə minimum 100 mln. manat (təxminən 125 mln. dollar) manat vəsait yatıracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR