AXCP üzvü Cabbar Savalan ali məktəbə bərpa olunub

AXCP üzvü Cabbar Savalan ali məktəbə bərpa olunub
# 16 fevral 2012 14:09 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. 2011-ci ildə həbs olunduqdan bir müddət sonra təhsil aldığı Sumqayıt Dövlət Universitetindən (SDU) xaric edilən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Cabbar Savalan SDU-ya bərpa edilib. APA-nın məlumatına görə, C. Savalan təhsilini II kursun ikinci semestrindən davam etdirəcək.
Qeyd edək ki, Sumqayıt Dövlət Universiteti tarix fakültəsinin II kurs tələbəsi və AXCP Gənclər Komitəsinin üzvü olan C. Savalan keçən il fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Azərbaycan prezidentinin ötən dekabrın 27-də imzaladığı əfv fərmanı ilə azadlığa çıxıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR