«Paşa Bank» beynəlxalq reytinq almağa hazırlaşır
02 aprel 2012 14:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin 2012-2014-cü illər üçün yeni strateji planı təsdiq edilib. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin üzvü Şahin Məmmədov bildirib.
Ş.Məmmədovun sözlərinə görə, yeni strategiyada bank gələcək inkişafını üç istiqamətdə - korporativ sektor, xəzinədarlıq əməliyyatları və fərdi bankçılığın inkişaf etdirilməsi sahələrinə yönəldəcək. «Bank bundan sonra həm kiçik və orta sahibkarlarla, həm də iri təşkilatlarla sıx əlaqələr qurmağı, qiymətli kağızlar bazarında aktiv fəaliyyəti davam etdirməyi və regional ekspansiyanı genişləndirməyi planlaşdırır», - deyə Ş.Məmmədov qeyd edib.
Bank rəsmisi bildirib ki, bankın ən yaxın planlarına beynəlxalq reytinqin alınması da daxildir. Bank beynəlxalq reytinqin alınması məqsədi ilə iki tanınmış beynəlxalq reytinq agentliyi ilə danışıqlar aparır.
Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir.

Maliyyə
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024
Kapital Bank-ın 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
15:27
17 may 2024
BMT: 2024-cü ilin əvvəlindən artan neft qiymətləri Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq
15:18
17 may 2024
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:25
17 may 2024