Qətər əmiri Azərbaycan səfirini ordenlə təltif edib

Qətər əmiri Azərbaycan səfirini ordenlə təltif edib
# 10 sentyabr 2012 09:33 (UTC +04:00)
APA-nın Qətər informasiya agentliyinə istinadən yaydığı məlumata görə, ordenin təqdim olunması mərasimi dünən Əmiri Divanda keçirilib. Səfir bu ordenə iki ölkə arasında əməkdaşlığın inkişafında xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, 1978-ci ildə təsis olunmuş bu orden Qətər dövləti, ərəb dünyası və bəşəriyyət qarşısında xidmətləri olan ölkə vətəndaşları və xarici vətəndaşlara təqdim olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR