Gürcüstanın xarici borcu 13,5% artıb

Gürcüstanın xarici borcu 13,5% artıb
# 30 mart 2012 20:40 (UTC +04:00)
Bakı-APA. Gürcüstanın xarici borcu keçən il 13,5% artaraq 11 milyard 167 milyon dollara çatıb. APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Milli bankı məlumat yayıb.

Bu məbləğ Gürcüstanın 2011-ci ildəki Ümumdaxili məhsulunun 77,7%-dir..

Ümumi həcmdən 3 milyard 674,2 milyon dollar (32,9%) dövlət sektorunun borcudur. 815,1 milyon dollar (7,3%) Milli bankın hesabına düşür.

2011-ci ildə bank sektorunun borcu 524,5 milyon dollar artaraq 2 milyard 122 milyon dollara çatıb.

İqtisadiyyatın digər sektorlarının borcu ötən il 533,4 milyon dollar artaraq 4 milyard 555,4 milyon dollara çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR