İsrailin kənd təsərrüfatı naziri Azərbaycana səfər edəcək

İsrailin kənd təsərrüfatı naziri Azərbaycana səfər edəcək
# 28 mart 2012 10:07 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Aprelin 19-da İsrailin kənd təsərrüfatı naziri Orit Noked Azərbaycana səfər edəcək.

İsrailin Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfərin məqsədi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) aprelin 19-20-də Bakıda keçiriləcək 28-ci Regional Konfransında iştirak etməkdir.

Səfər çərçivəsində israilli nazir bir sıra rəsmi görüşlər də keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR