Gəncə sakini intihar edib

Gəncə sakini intihar edib
# 03 aprel 2012 08:02 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncədə intihar hadisəsi baş verib. Gəncə şəhər Prokurorluğundan APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə ötən gün şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Camalov Vüqar Nəbi oğlu Avtozavod qəsəbəsində yerləşən yarımçıq tikilidə özünü asaraq intihar edib. Mərhumun intihar etməsinin səbəbləri məlum deyil. Faktla əlaqədar Gəncə şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 125-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR