Bakıda “Eurovision-2012” müsabiqəsini izləmək üçün ən çox Böyük Britaniya, Rusiya və Almaniya vətəndaşları aviabilet sifariş edib

Bakıda “Eurovision-2012” müsabiqəsini izləmək üçün ən çox Böyük Britaniya, Rusiya və Almaniya vətəndaşları aviabilet sifariş edib
# 04 aprel 2012 13:18 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu, Skyscanner aviabiletlərin axtarışına dair pulsuz sisteminin keçirdiyi sorğu nəticəsində məlum olub. Bakıya mayın 21-nə gediş, 27-nə isə dönüş bileti sifariş edən vətəndaşların sayına görə, ilk yeri Böyük Britaniya tutur. Bu siyahıda ikinci yerdə “Buranovskiye babuşki” qrupuna dəstək vermək üçün Azərbaycana gəlmək istəyən Rusiya vətəndaşları qərarlaşıb. “Eurovision-2012”də 21 yaşlı Roman Xest Lobla təmsil olunacaq Almaniyadan da Bakıya çoxlu tamaşaçının gələcəyi gözlənilir. Bakıya daha çox bilet sifariş edən ölkələr sırasında sonrakı yerlərdə Türkiyə, İspaniya, İrlandiya, Norveç, İtaliya, İsveçrə və Fransa təmsil olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR