Ukrayna Ali Radasının sədri Vladimir Litvin Azərbaycana gəlib

Ukrayna Ali Radasının sədri Vladimir Litvin Azərbaycana gəlib
# 18 aprel 2012 12:52 (UTC +04:00)
APA-nın məlumatına görə, Heydər Əliyev adına Hava Limanında qonağı Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov qarşılayıb.

Səfər çərçivəsində V. Litvin Azərbaycanın baş naziri Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov, həmçinin bir sıra deputatlarla görüşəcək. Azərbaycan prezidenti İlham Əliyevin ali qonağı qəbul edəcəyi gözlənilir.

V. Litvin Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını, Dövlət Bayrağı meydanını və Taras Şevçenkonun abidəsini ziyarət edəcək.

Səfər aprelin 19-da başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR