«Kapital Bank» I rübdə aktivlərini 70% artırıb

«Kapital Bank» I rübdə aktivlərini 70% artırıb
# 17 may 2012 14:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci il aprelin 1-nə 1 226,928 mln. manat təşkil edib ki, bu da ötən analoji dövrünün göstəricisi ilə müqayisədə 70% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2 dəfə artaraq 832,619 mln. manata, depozit portfeli 55% artaraq 419,481 mln. manata, o cümlədən əhalinin əmanətləri 31% artaraq 273,970 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 21% artaraq 86,918 mln. manat, o cümlədən nizamnamə kapitalı 33,3% artaraq 40 mln. manat təşkil edib. Təhlil olunan dövr ərzində bankın gəlirləri 21% artaraq 24,527 mln. manat, o cümlədən faiz gəlirləri 36% artaraq 15,455 mln. manat, qeyri-faiz gəlirləri 2,8% artaraq 9,072 mln. manat olub. Nəticədə, bankın xalis mənfəəti son bir ildə 2,2 dəfə azalaraq 1,763 mln. manat olub.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı, 425 bankomatı, 506 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR