Bakıda 20 yaşlı oğlan özünü 5-ci mərtəbədən atıb

Bakıda 20 yaşlı oğlan özünü 5-ci mərtəbədən atıb
# 19 may 2012 09:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Nərimanov rayon Prokurorluğundan bildirilib.

Hadisə ötən gecə rayonun Əlizadə küçəsi, ev 36 a, mənzil 34-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 20 yaşlı Orxan Vahid oğlu Kərimli yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Mərhum aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR