Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişindaşıma 9% artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişindaşıma 9% artıb
# 28 sentyabr 2012 14:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 78,2 mln. ton yük və 903,3 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yükdaşımanın həcmi 7,7%, sərnişindaşımanın həcmi isə 8,7% artıb: «Sərnişinlərin 96,4%-i avtobus, 3,6%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib».

Hesabat dövründə yük dövriyyəsi 7,7%, sərnişin dövriyyəsi isə 9,7% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR