Avropa Tarixçilər Assosiasiyasının 20-ci illik konfransı keçiriləcək

Avropa Tarixçilər Assosiasiyasının 20-ci illik konfransı keçiriləcək
# 03 noyabr 2012 09:01 (UTC +04:00)
Bakı. Könül Kamilqızı - APA Almaniyada Avropa Tarixçilər Assosiasiyasının 20-ci illik konfransı keçiriləcək. Təhsil Nazirliyindən
APA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycanda da geniş nümayəndə heyəti iştirak edəcək. Beynəlxalq tədbir 7-13 aprel tarixlərində Almaniyanın Elfurt şəhərində “Yaddaşın təcəssümü, ümumi yaddaş və mədəniyyət üçün tarixin tədrisi” mövzusunda təşkil olunacaq.
Konfrans Avropa İttifaqına üzv dövlətlərin, quruma namizəd ölkələrin, həmçinin İsveçrə, Norveç, İslandiya və Şərqi Avropa ölkələrinin tarix müəllimlərinin birgə forumu funksiyasını yerinə yetirəcək. Bundan əlavə, tədbir Avropada tarixin tədrisi və Avropa 2020 strategiyasının tətbiqi ətrafında fikir mübadilələrini əhatə edəcək.

Tədbirdə iştirak ödənişlidir (950-1150 avro həcmində). Bununla belə, iştirakçıların müvafiq qrant əldə etməklə bağlı müraciətləri də qəbul olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR