Səudiyyə Ərəbistanı və Misir Qırmızı dəniz üzərində körpü tikəcək
02 mart 2012 14:07 (UTC +04:00)
Bakı - APA-Economics. Səudiyyə Ərəbistanı və Misir Qırmızı dənizin Aqaba körfəzi üzərində körpü tikməklə iki ölkəni birləşdirmək ideyasını reallaşdırmaq qərarına gəlib.
“APA-Economics”in ərəb mətbuatına istinadən xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının Nəqliyyat Nazirliyi açıqlama yayıb.
Yaxın vaxtlarda tikinti layihəsinin həyata keçirilməsi üçün hər iki ölkənin müvafiq nazirlikləri tərəfindən plan hazırlanacaq. Kral Abdulla ibn Əbdül Əzizin adını daşıyacaq 50 km-lik körpünün tikintisinə gələn ilin ortalarında başlanacaq. Tikintinin 3 mlrd. dollara başa gələcəyi və 10 il çəkəcəyi proqnozlaşdırılır.
Ekspertlərin fikrincə, Qırmızı dəniz üzərində tikiləcək körpü təkcə Səudiyyə Ərəbistanına və Misirə deyil, həm də Şimali Afrikanın və Fars körfəzinin bütün ərəb ölkələrinə fayda gətirəcək.

İnfrastruktur
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024
Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub
15:47
17 may 2024