Rəcəb Tayyib Ərdoğan: “İranın nüvə proqramı ilə bağlı ikili siyasət yürüdülür”
31 may 2012 16:11 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Qərb İranın nüvə proqramı ilə bağlı gərginlik yaratdığı halda İsrailin nüvə fəaliyyətinə laqeyd yanaşır”. APA-nın Press TV-yə istinadən yaydığı xəbərə görə, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan açıqlama verib. O bildirib ki, bu məsələni Ankara da araşdıracaq: “İranın nüvə proqramına qarşı çıxanlar sanki İsrailin nüvə fəaliyyətini heç görmürlər. Bununla da Tehranın nüvə proqramına ədalətlə yanaşılmır və ikili siyasət yürüdülür”. R. T. Ərdoğan əlavə edib ki, nüvə enerjisindən sülh məqsədləri üçün istifadə etmək bütün ölkələrin təbii haqqıdır.
Asiya
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
19:38
17 may 2024
İsrail ordusu Qəzzanın Cəbəliyə bölgəsində şiddətli döyüşlərin getdiyini açıqlayıb
14:29
17 may 2024
Malayziyada Əl-Qaidə ilə əlaqəli şəxsin hücumu nəticəsində iki polis həlak olub
12:39
17 may 2024
Türkiyə SQ İraq və Suriyada 7 terrorçu zərərsizləşdirib
11:47
17 may 2024