«Parabank» yeni növ plastik kartı buraxıb

«Parabank» yeni növ plastik kartı buraxıb
# 24 aprel 2012 12:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC yeni məhsulu olan «Xeyriyyə» plastik kartını təqdim edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu kart sərbəst vəsaitlərini yerləşdirmək və eyni zamanda xeyriyyəçilikdə iştirak etmək istəyənlər üçün nəzərdə tutulub.

«Xeyriyyə» kartı ilə keçirilən əməliyyatlardan gələn gəlirin 50%-i xeyriyyə fonduna gedir. «Xeyriyyə» kartı «Visa Classic» kartı əsasında 3 il müddətinə, ilkin mədaxil 100 manat, dollar və ya avroda təqdim olunur. Kart pulsuz təklif olunur. «Xeyriyyə» kartında vəsaiti «Parabank»ın filiallarında nağd yerləşdirmək və «Card-to-Card» əməliyyatı ilə digər kartdan köçürmək olar.

Əlavə məlumat əldə etmək üçün 139 Banka Zəng xidmətindən faydalanmaq olar. Həmçinin 139 Məlumat Mərkəzinə zəng edərək «Xeyriyyə» plastik kartının alınması üçün sifariş vermək olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR