Azərbaycanda gömrük qeydiyyatı ilə məşğul olan gömrük brokerlərini iqtisadi operatorlar əvəzləyəcək

Azərbaycanda gömrük qeydiyyatı ilə məşğul olan gömrük brokerlərini iqtisadi operatorlar əvəzləyəcək
# 05 iyun 2012 11:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda gömrük sahəsində iqtisadi operatorların yaradılması üçün bir neçə ölkənin təcrübəsi öyrənilir. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda İsveç şirkətləri ilə danışıqlar aparılır: “Müxtəlif ölkələrdə bu sistemi öyrənilməklə istəyirik ki, Azərbaycanda bunu ən yüksək səviyyədə təşkil edək”.

A.Əliyev qeyd edib ki, mövcud qanunvericilik iqtisadi operator fəaliyyəti ilə həm özəl, həm də dövlət müəssisələrinin məşğul olmasına imkan verir: “Amma ilkin mərhələdə dövlətin iştirakı istisna olunmur”.

Komitə sədri bildirib ki, Gömrük Məcəlləsinə edilən dəyişiklik nəticəsində 60-a yaxın sənəd qəbul edilməlidir: «Bu sənədlər qəbul edildikdən sonra iqtisadi operator fəaliyyəti ilə kimin məşğul olması dəqiqləşdiriləcək».

Qeyd edək ki, iqtisadi operatorlar hazırda dövlət gömrük qeydiyyatı ilə məşğul olan gömrük brokerlərinin daha müasir forması olacaq. Operatorlar xüsusi kurslar keçəcək və lazımi kriteriyalara cavab verəcək. Bu şirkətlərə lisenziyanın verilməsində əsas kimi ixtisaslaşmış kadrların olması götürüləcək. Yeni Gömrük Məcəlləsinə əsasən, lisenziya DGK tərəfindən veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR