İranda müxalifətin etiraz aksiyaları zorakılıqla dağıdılıb, xeyli sayda həbs olunan var
15 fevral 2012 09:33 (UTC +04:00)
APA-nın HRANA-ya istinadən məlumatına görə, şəhərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”), İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları, motosikletçi polis qüvvələri müşahidə olunub. Buna səbəb İran müxalifətinin səssiz etiraz aksiyası keçirməsidir.
Mülki geyimli təhlükəsizlik qüvvələri Tehranın bəzi rayonlarındakı obyektləri qapadıb, Tehran Universitetinin, bəzi metro stansiyalarının giriş-çıxışları bağlanıb. Tehranın mərkəzi ərazilərində mobil telefonlar işləməyib. Şəhərin bəzi yerlərində postlar qurulub və vətəndaşlar ciddi yoxlanıb. Təhlükəsizlik qüvvələri Azadlıq meydanına toplaşan nümayişçilərə hücum çəkərək onlara zor tətbiq edib. Bununla belə, müxaliflər İrandakı mövcud quruluşun əleyhinə şüarlar səsləndiriblər. İnqilab meydanında tərəflər arasında qarşıdurma olmasa da, bir neçə nəfər həbs edilib. Tehranın bəzi yerlərində nümayişləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə olunub.
Şahidlər Camalzadə küçəsində nümayişçilərin sayının daha çox olduğunu xəbər verib. Eyni zamanda həmin ərazidə təhlükəsizlik qüvvələrinin aksiyaya müdaxilə etdiyi və bəzi fəalları avtomobillərə mindirərək naməlum istiqamətə apardığı bildirilir. Bundan əlavə, Təcriş meydanında və bulvarda da xeyli sayda nümayişçinin həbs olunduğu barədə məlumat verilir. Ümumən iki nəfərin bir araya gəlməsinə imkan verilməyib.
Fevralın 14-də İsfahanda, Kirmanşahda və Əhvazda da təhlükəsizlik tədbirləri gücləndirilib.

Asiya
İsrail Suriyaya zərbə endirib, ölən var
23:19
29 may 2024
Ərdoğan Norveçin Baş naziri ilə telefon danışığı aparıb
21:05
29 may 2024
İstintaq Rəisinin helikopterinin təxribat səbəbindən qəzaya uğraması versiyasını istisna edib
20:50
29 may 2024
İsrail rəsmisi: Qəzza sektorunda əməliyyatlar azı 7 ay sürəcək
15:00
29 may 2024