“2013-cü il prezident seçkiləri: problemlər, gözləntilər və təkliflər” mövzusunda dəyirmi masa keçirilib

“2013-cü il prezident seçkiləri: problemlər, gözləntilər və təkliflər” mövzusunda dəyirmi masa keçirilib
# 19 sentyabr 2012 14:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan QHT-lərinin “Təhlükəsizlik, Demokratiya və İqtisadi İnkişaf” koalisiyası (“SeDEP” QHT-lər Koalisiyası) “2013-cü il prezident seçkiləri: problemlər, gözləntilər və təkliflər” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan koalisiyanın rəhbəri Yaşar Cəfərli bildirib ki, cəmiyyətdə seçki ilə bağlı bir-birinə zidd fikirlər səsləndirilir.

Ümumilikdə isə bütün cəmiyyət ölkədə demokratiyanın inkişafını, normal şərait və stabillik istəyir: “Bütün seçkilərdən sonra ölkədə tərəflər arasında ayrı-seçkilik yaranır. Belə ki, seçkilərdə uduzan komanda qalib komanda ilə barışmır. Biz istəyirik ki, bu seçkidən sonra hamı yeni seçilən iqtidarın legitimliyini tanısın”.

Növbəti prezident seçkilərinə az vaxt qaldığını deyən “Qorqud” Araşdırmalar Mərkəzinin rəhbəri Tərlan Eyvazov müxalifət və iqtidarın ümummilli məsələlərdə vahid mövqe sərgiləməsinin vacibliyini qeyd edib.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə deyib ki, bəzi qüvvələr normal seçki keçirilməsi prosesinə mane olmağa çalışır. O, ölkədə sabitliyinin əhəmiyyətindən də danışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR