Azərbaycanda RSI indeksi kəskin azalıb

Azərbaycanda RSI indeksi kəskin azalıb
# 21 fevral 2012 13:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2012-ci ilin yanvar ayı üzrə 68,3% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici dekabr ayının indeksindən 76,8 faiz bəndi azdır. Qeyd edək ki, ötən ilin dekabr ayında indeks 145,1%, noyabrda 94,9%, oktyabrda 100,7%, sentyabrda 100,7%, avqustda 101,4%, iyulda 99,6%, iyunda 97,1%, mayda 118,3%, apreldə 82,3%, martda 115,9%, fevralda 94,5%, yanvarda isə 73,5%-ə bərabər olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Cari ilin yanvar ayında ümumi pərakəndə dövriyyəsi 1 360,3 mln. manat, keçən ilin dekabrında 1 991,4 mln. manat, noyabrda 1 372,4 mln. manat, oktyabrda 1 446,5 mln. manat, sentyabrda 1 436,2 mln. manat, avqustda 1 325,5 mln. manat, iyulda 1 307,8 mln. manat, iyunda 1 312,8 mln. manat, mayda 1 348,2 mln. manat, apreldə 1 139,6 mln. manat, martda 1 384,4 mln. manat, fevralda 1 156,9 mln. manat, yanvarda isə 1 224,1 mln. manat təşkil edib.

Pərakəndə ticarət indeksinin yanvar ayında azalması dekabr ayında Yeni İl bayramı ilə əlaqədar pərakəndə ticarət dövriyyəsinin kəskin artması ilə bağlıdır. Belə ki, yanvarda müşahidə olunan ticarətin həcmi dekabr istisna olmaqla digər aylarla müqayisədə təxminən eyni səviyyədədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR