Gəncədə Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya məsələlərinə həsr olunmuş regional müşavirə keçirib

Gəncədə Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya məsələlərinə həsr olunmuş regional müşavirə keçirib
# 01 iyun 2012 09:42 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Dövlət Miqrasiya Xidməti (DMX) Gəncə şəhərində miqrasiya məsələlərinə həsr olunmuş regional müşavirə keçirib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, müşavirədə Gəncə ilə yanaşı Qərb regionunda yerləşən 8 rayondan olan hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, icra hakimiyyətlərinin məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və yerli sahibkarlar iştirak ediblər. Tədbirdə çıxış edən DMX-in baş idarə rəisi İsmayıl Abdullayev Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olmasını, müvəqqəti və daimi yaşamasını, onların haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsini tənzimləyən normativ-hüquqi aktların müddəaları barədə iştirakçılara ətraflı məlumat verib. Müşavirənin sonunda iştirakçıları maraqlandıran suallar Xidmətin vəzifəli şəxsləri tərəfindən cavablandırılıb.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbir Gəncədən sonra Xaçmaz rayonunda da keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR