Azərbaycanda 110 fiziki tərbiyə müəllimi və 39 gənclərin çağırışaqədərki hazırlığı rəhbəri işə qəbul olunub

Azərbaycanda 110 fiziki tərbiyə müəllimi və 39 gənclərin çağırışaqədərki hazırlığı rəhbəri işə qəbul olunub
# 24 iyul 2012 15:58 (UTC +04:00)
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, imtahanın nəticələrinə əsasən, 110 nəfər fiziki tərbiyə müəllimi, 39 nəfər gənclərin çağırışaqədərki hazırlığı rəhbəri işə qəbul olunub.

Qeyd edək ki, müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə həyata keçirilir. İyulun 1-dən 15-dək davam edən I mərhələdə ölkə üzrə 3270 vakant yerə 16 min 195 nəfər iddiaçı elektron ərizə verib. Ərizə verənlərin təhsil və nailiyyət göstəricilərinin müəyyənləşdirilmiş meyarlar əsasında kompüter proqramı vasitəsilə qiymətləndirilməsi aparılıb və 728 nəfərin ərizəsi ixtisas uyğunsuzluğuna görə ləğv edilib. Nəticədə 15 min 467 nəfərin elektron ərizəsi təsdiq edilib və onlar müsabiqənin II mərhələsinə buraxılıblar.

Müsabiqənin ikinci mərhələsinə buraxılanlar arasında ibtidai sinif müəllimi işləmək istəyənlər daha çoxdur. Bu ixtisas üzrə 143 vakant yer üzrə (Bakı şəhəri üzrə 39, digər rayon və şəhərlər üzrə 104) 3764 nəfər ərizə verib. Namizədlərdən 2731 nəfər ingilis dili, 2160 nəfər Azərbaycan dili və ədəbiyyat, 1483 nəfər riyaziyyat, 1112 nəfər isə tarix fənni üzrə müəllim işləmək üçün elektron ərizə təqdim edib.

Respublika üzrə ən çox vakant yer coğrafiya fənni üzrədir (Bakı şəhəri üzrə 21, digər rayon və şəhərlər üzrə 407) və bu ixtisas üzrə 646 nəfər II mərhələdə iştirak etmək hüququ qazanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR