Gürcüstan xarici işlər nazirinin keçmiş müavininin cəsədi aşkarlanıb

Gürcüstan xarici işlər nazirinin keçmiş müavininin cəsədi aşkarlanıb
# 03 avqust 2012 22:50 (UTC +04:00)
Bakı-APA. Tiflisdə naməlum şəraitdə Gürcüstan xarici işlər nazirinin keçmiş müavini Georgi Qomiaşvili vəfat edib. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Qomiaşvilinin cəsədi Tiflisdəki mənzilində tapılıb.

Hüquq-mühafizə orqanları rəsmi olaraq diplomatın ölümünün şərtlərini şərh etməsələr də, Qomiaşvilinin qohumlarının fikrincə, o intihar edib. Faktla bağlı cinayət işi açılıb.

«12 stul» filmində baş rolu oynamış məşhur gürcü aktyoru Arçil Qomiaşvilinin nəvəsi olan Georgi Qomiaşvili 2005-ci Gürcüstan xarici işlər nazirinin müavini vəzifəsini tutub. XİN-dən ayrılandan sonra Qomiaşvili bizneslə məşğul olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR