Kürdəmirdə kişi həyat yoldaşına 8 bıçaq zərbəsi vurub
03 sentyabr 2012 09:57 (UTC +04:00)
Kürdəmir. Elvin Yaqubov-APA. Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə Kürdəmir şəhərinin Koroğlu küçəsindəki 8 saylı mənzildə qeydə alınıb. 1975-ci il təvəllüdlü Əsgərov Nizami Gülhüseyn oğlu həyat yoldaşı, 1975-ci il təvəllüdlü Məmmədova Gülşən İsmət qızını şəxsi münasibətlər zəminində aralarında baş verən ailə münaqişəsi zamanı bıçaqlayıb. Müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Gülşən Məmmədovanın vəziyyəti ağır olaraq qalır. Tutularaq istintaqa təhvil verilən Nizami Əsgərov həyat yoldaşını öldürmək məqsədilə ona 8 bıçaq xəsarəti yetirdiyini bildirib.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Hadisə
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO
23:39
17 may 2024
Bakının İstiqlaliyyət küçəsində kafedə tüstülənmə olub
21:26
17 may 2024
FHN: Kürdəmir və Saatlıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
19:55
17 may 2024
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024