Dövlət Baytarlıq Xidməti: İrandan Azərbaycana brusellyoz xəstəliyinin keçmə riski sıfıra bərabərdir
03 iyul 2012 10:23 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Azərbaycan İrandan qoyun quyruğu, bir günlük cücə və yun idxal edir. Həmin ölkədən ət və süd məhsulları gətirilmir. Ona görə də İrandan Azərbaycana brusellyoz xəstəliyinin keçmə riski demək olar ki, sıfıra bərabərdir”. Bu sözləri APA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. O bildirib ki, ümumiyyətlə, Azərbaycana idxal edilən məhsullar Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, virusoloji, toksikoloji və digər istiqamətlərdə müayinələrdən keçirilir: “Onların keyfiyyətləri qoyulan standartlara uyğundursa, satışına icazə verilir. Əks halda isə həmin məhsulun ölkəyə buraxılmasına və satışına qadağa qoyulur”.
Qeyd edək ki, İran mətbuatının yazdığına əsasən bu ölkədə 12 min nəfər brusellyoz xəstəliyinə yoluxub, lakin qeyri-rəsmi statistikaya görə, onların sayı daha çoxdur.
Qeyd edək ki, İran mətbuatının yazdığına əsasən bu ölkədə 12 min nəfər brusellyoz xəstəliyinə yoluxub, lakin qeyri-rəsmi statistikaya görə, onların sayı daha çoxdur.
Sosial
Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsinə dair prinsip müəyyənləşir
10:00
22 may 2024
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyənləşdirilmiş hərbçilərin pensiyasına əlavələrin hesablanması qaydası dəyişir
10:00
22 may 2024
Əlil və sabiq deputatlar, MSK üzvləri, ombudsman və Hesablama Palatasının üzvlərinin pensiyasına əlavələr yeni qaydada hesablanacaq
10:00
22 may 2024
Sosial yardım alanlar “Sosial tərəfdaş” layihəsi çərçivəsində endirimdən faydalana bilərlər
09:00
22 may 2024