Sumqayıtda ana və üç uşağının zəhərlənməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB-1

Sumqayıtda ana və üç uşağının zəhərlənməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB-1
# 22 may 2024 09:56 (UTC +04:00)

Mayın 21-də Sumqayıt şəhərində ana və 3 azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

***

21 may, 22:57

Sumqayıtda zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıb.

APA xəbər verir ki, ana və onun üç uşağının vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, şəhərin 13-ci mikrorayonunda yaşayan bir ailənin dörd üzvü dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.

***

Saat 21:33

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.

APA xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1983-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib.

Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib.

Zəhərlənən uşaqlar 2007-ci il təvəllüdlü N. Süleymanova, 2016-ci il təvəllüdlü N. Süleymanov və 2017-ci il təvəllüdlü Y. Süleymanov o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.

Ananın vəziyyəti qənaətbəxş olsa da azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşadırma aparılır.

Xədicə Səxavət

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR