Macarıstanın turizm şirkətlərinin nümayəndələri Azərbaycana gəlir
05 oktyabr 2012 11:14 (UTC +04:00)
Bakı - APA-Economics. Macarıstan Azərbaycanla turizm əlaqələrini genişləndirmək niyyətindədir.
Azərbaycanın Macarıstandakı səfirliyindən “APA-Economics”ə verilən xəbərə görə, bu sahədə imkanları araşdırmaq, respublikamızın turizm obyektləri ilə tanış olmaq və qarşılıqlı fikir mübadiləsi aparmaq məqsədilə Macarıstanın aparıcı turist şirkətlərinin nümayəndələrindən, habelə turizm mövzusunda yazan jurnalistlərdən ibarət 15 nəfərlik qrup oktyabrın 6-dan 10-na qədər Azərbaycanda olacaq.
Yola düşməmişdən əvvəl Budapeştdəki Azərbaycan səfirliyinə gələn jurnalistlər və turist şirkətlərinin rəhbərləri bu səfərin onlar üçün yalnız ölkəmizin turizm imkanlarını araşdırmaq deyil, həm də Azərbaycan həqiqətlərini öyrənmək və yaymaq baxımından əhəmiyyətli olacağını bildiriblər. Səfər müddətində macar qonaqlar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində, habelə bir sıra turist şirkətlərində görüşlər keçirəcək, Bakının görməli yerlərini və turist obyektlərini gəzəcəklər.
Onlar həm də Quba rayonundakı Xınalıq kəndinə və Qırmızı qəsəbəyə, İsmayıllı rayonundakı Lahıc kəndinə səfər edəcəklər. Turizm mövzusu gələn həftə Budapeştdə keçiriləcək Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 3-cü iclasında və hər iki ölkənin iş adamlarının qatıldıqları biznes forumda da diqqət mərkəzində olacaq.

Turizm
Kopenhagen-Tokio reysi üzrə uçan təyyarə Bakıya təcili eniş edib
21:58
9 may 2024
DTA: Gələn il turizm sektoru üçün gərgin dövr olacaq
10:52
8 may 2024
Bu il Azərbaycandan xaricə hava yolu ilə 1 mln. sərnişin daşınıb
17:47
7 may 2024
Azərbaycan Körfəz ölkələri arasında ən çox səyahət edilən ölkə seçilib
16:45
7 may 2024