Yəhya Rəhim Səfəvi: “ABŞ və İsrail hələ də Misirin siyasətinə təsir göstərməyə davam edir”
08 iyun 2012 00:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA . “Misirin sabiq prezidenti Hüsni Mübarək barəsində çıxarılan hökm göstərdi ki, bu ölkənin siyasətinə ABŞ və İsrail hələ də təsir göstərməyə davam edir”. APA-nın məlumatına görə, bunu İranın ali dini rəhbəri, ayətullah Seyid Əli Xamneyinin hərbi məsələlər üzrə müşaviri, general Yəhya Rəhim Səfəvi deyib. O bildirib ki, Misir xalqı öz iradəsini seçkilərdə nümayiş etdirəcək: “Ümid edirəm ki, misirlilər gerçək iradələrini və güclərini
prezident seçkilərinin ikinci mərhələsində göstərəcəklər”. Atətullah Xamneyinin digər məsləhətçisi Əli Əkbər Vilayəti də Misirdə keçirilən seçkilərlə bağlı bildirib ki, bu ölkədə islamçıların qələbə qazanması qaçılmazdır.
Qeyd edək ki, Qahirə Cinayət Məhkəməsi Misirin sabiq prezidenti Hüsni Mübarəki ömürlük həbs cəzasına məhkum edib.

Asiya
Türkiyədə çörək sexində atışma olub, ölən var
04:09
10 may 2024
Banqladeşdə qırıcı təyyarə təlim zamanı qəzaya uğrayıb, pilot həlak olub
23:10
9 may 2024
Ərdoğan: “Rusiyanın iştirakı olmadan Ukrayna ilə bağlı təşəbbüslərin uğur qazanma şansı azdır”
21:19
8 may 2024
Netanyahu ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin rəhbəri ilə görüşüb - YENİLƏNİB
17:03
8 may 2024