Jedward qardaşları: “Əgər təmsilçi biz seçilsək, bu il Bakıda daha yüksək səviyyəli performans nümayiş etdirəcəyik”
08 fevral 2012 17:47 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. “Bakı səhnəsində daha möhtəşəm şou ilə çıxış etmək arzusundayıq. Məhz bunun üçün də özümüzü yenidən milli seçimlərdə sınayırıq. Bakını görmək və gəzmək istəyirik. Əgər təmsilçi biz seçilsək, bu il Bakıda daha yüksək səviyyəli performans sərgiləyəcəyik və daha da önəmlisi, yarışmaya çoxlu əyləncə qatacağıq». APA-nın məlumatına görə, bu sözləri eurovision.az saytına müsahibələrində İrlandiyanın ötənilki təmsilçiləri, Eurovision-2011-in səkkizinci yerində qərarlaşan və bu il də milli seçimlərə qatılan Jedward qardaşları deyib. Qardaşlar Eurovision 2012-də iştirak etmək üçün “Eurosong” yarışmasında qalib gəlməli olduqlaını bildiriblər: “Ona görə də müsbət nəticələrə ümid edirik. Bizim gözəl yeni mahnımız var və hamının bu mahnını eşitməsini istəyirik.
Onlar ötən il “Lipstick” mahnısının top 3-ə düşməməsinin səbəblərini də açıqlayıblar: “Tam səmimi deyək ki, top üç mahnı siyahısına düşmək bizim üçün əsas deyildi. “Eurovision” bizə çoxlu yeni fanatlar qazandırdı və bizim mahnımız müsabiqədən sonra Avropada çox məşhur oldu.
Bu mahnıya müxtəlif mənalar verilib. Lakin bizim üçün bu, hər zaman valideyn nəzarəti ilə dinləniləcək bir mahnı olub”.

Mədəniyyət siyasəti
Muzeylərdə “Açıq qapı” günü elan olunur
18:24
17 may 2024
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb
17:55
17 may 2024
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17:22
17 may 2024
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının iclası keçirilib
18:30
16 may 2024