“Eurovision-2012”-nin final mərhələsinin biletləri bir neçə saat ərzində satılıb - YENİLƏNİB

“Eurovision-2012”-nin final mərhələsinin biletləri bir neçə saat ərzində satılıb - <font color=red>YENİLƏNİB</font>
# 16 mart 2012 08:28 (UTC +04:00)
APA-nın məlumatına görə, martın 15-də yerli vaxtla 15:00-da satışa çıxan biletlər axşam saatlarına qədər satılıb qurtarıb. Mayın 26-da keçiriləcək final konsertinin biletləri 160-240 manat arasında olub.

Bununla belə, müsabiqənin rəsmi saytında bildirilir ki, final şousu üçün yenidən əlavə bilet satışı təşkil oluna bilər. Əlavə edək ki, təcrübədə belə hallar olub.

Qeyd edək ki, mayın 22-si və 24-də keçiriləcək yarımfinallara, bu mərhələlərin əsas məşqlərinə biletlər əldə etmək isə mümkündür. Eyni zamanda mayın 25-də keçiriləcək final şousunun münsiflərin səs verəcəyi əsas məşqin biletləri də satışdadır. Bu məşq final şousu ilə eynidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR