ARDNŞ-ın qanunsuz tikililərlə bağlı 2 444 iddia ərizəsi üzrə məhkəmə işi yekunlaşıb

ARDNŞ-ın qanunsuz tikililərlə bağlı 2 444 iddia ərizəsi üzrə məhkəmə işi yekunlaşıb
# 11 aprel 2012 14:06 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bunu ARDNŞ-ın Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirib.

E.Orucovun sözlərinə görə, 2 444 işdən 2000 iddia ərizəsi Səbail rayon məhkəməsinə, 444 iddia ərizəsi isə Xətai rayon məhkəməsinə təqdim edilib. Səbail rayon məhkəməsinə 1300 iddia ərizəsi 2010-cu ildə, qalanları isə 2011-ci ildə verilib. Xətai rayon məhkəməsinə verilən işlər isə hamısı 2011-ci ilə aid olan iddia ərizələridir.

Bundan başqa, idarə rəisi qanunsuz tikililərlə bağlı məhkəmələr tərəfindən 862 qətnamə qəbul edildiyini də bildirib.

E.Orucov qeyd edib ki, Sabunçu rayon məhkəməsində 6 321 iddia ərizəsi üzrə cəmi 210 qətnamə çıxarılıb. Nizami rayon məhkəməsi 179 iddia ərizəsi üzrə 141 qətnamə, Binəqədi rayon məhkəməsi isə 3 100 iddia ərizəsi üzrə 511 qətnamə qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR