Goranboyda 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

Goranboyda 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib
# 28 avqust 2012 09:26 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanın Goranboy rayonunda 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Goranboy rayonunda, Bakı-Qazax yolunun 325-ci kilometrliyində “DAF” və “KamAZ” markalı 2 yük avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "DAF" markalı avtomobilin sürücüsü və 1 nəfər sərnişini ölüb, biri yaralanıb. Yaralı xəstəxanaya aparılıb. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədləri müvafiq qaydada avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR