Bahar Muradova Almaniya Bundestaqının üzvü ilə görüşüb

Bahar Muradova Almaniya Bundestaqının üzvü ilə görüşüb
# 19 sentyabr 2012 12:33 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının üzvü Viola von Kramon-Taubadelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən APA-ya verilən məlumata görə, B. Muradova Azərbaycanla Almaniya arasında əlaqələrin qədim tarixi köklərinin olduğunu, bu gün isə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib. O, qonağa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyətdən danışıb. B. Muradova bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması bölgənin inkişafına və təhlükəsizliyinə böyük maneə törədir.

Viola von Kramon-Taubadel isə Azərbaycanla Almaniya arasındakı münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirib. O, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə tərəfdar olduğunu söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR