Azərbaycanın mədəniyyət və turizm naziri TÜRKSOY-un Daimi Komitəsinin iclasında iştirak edib

Azərbaycanın mədəniyyət və turizm naziri TÜRKSOY-un Daimi Komitəsinin iclasında iştirak edib
# 03 oktyabr 2013 12:59 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. TÜRKSOY-un yaradılmasının 20 illik yubileyi ilə bağlı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə TÜRKSOY-un Ankaradakı baş qərargahında Daimi Komitənin 31-ci toplantısı keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, toplantıda çıxış edən təşkilatın baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik 20 il ərzində türk dünyasının mədəni irsinin təbliği, türkdilli ölkələrin əməkdaşlığının gücləndirilməsi sahəsində görülən işlərdən danışıblar. Türkdilli ölkələrin nazirləri, habelə TÜRKSOY-un ilk baş katibi olmuş Polad Bülbüloğluna yubiley medalları təqdim edilib.

Tədbirdən sonra Çankaya köşkündə Türkiyə prezidenti Abdullah Gül türkdilli ölkələrin mədəniyyət nazirlərini qəbul edib. O, yubiley münasibətilə TÜRKSOY-a üzv ölkələrin nümayəndələrini təbrik edib, təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Türkiyə prezidenti simfonik orkestrinin konsert zalında TÜRKSOY-un 20 illik yubileyinə həsr olunmuş konsert olub. Konsertdə türk dünyasının incəsənət ustaları iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR