TQDK yaxın 3 gün ərzində Bakı və Sumqayıt şəhərlərində növbəti monitorinq imtahanları keçirəcək

TQDK yaxın 3 gün ərzində Bakı və Sumqayıt şəhərlərində növbəti monitorinq imtahanları keçirəcək
# 21 aprel 2014 14:57 (UTC +04:00)


Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 22, 23 və 24 aprel tarixlərində Bakı və Sumqayıt şəhərlərində XI sinif şagirdləri üçün monitorinq imtahanları keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanlar 280 məktəbdə təşkil olunacaq və prosesdə 15698 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanlar Azərbaycan bölməsinin şagirdləri arasında ana dili, riyaziyyat və fizika fənləri üzrə aparılacaq. Bütün binalarda imtahanlar saat 10:00-da başlanır, ana dili fənni üzrə imtahan 45 dəqiqə, riyaziyyat və fizika fənlərinin hər biri üzrə ayrılıqda 1 saat ərzində aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR