İran həbsxanasında 56 gündür, aclıq edən musiqiçi ölüm təhlükəsi ilə üzləşib

İran həbsxanasında 56 gündür, aclıq edən musiqiçi ölüm təhlükəsi ilə üzləşib
# 21 dekabr 2013 09:01 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda həbsdə olan musiqiçi ölüm təhlükəsi ilə üzləşib.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Tehranın Evin həbsxanasında saxlanılan İsmayıl Bərzigəri 56 gündür aclıq aksiyası keçirir. Artıq həbsxananın həkimi onun səhhəti ilə bağlı zindan məsullarına xəbərdarlıq edərək, keçirdiyi aclıq aksiyasının İ. Bərzigərinin fiziki və ruhi vəziyyətini pisləşdirdiyini və müalicəsini tamamilə imkansız edəcəyini bildirib.

Hazırda siyasi məhbusun nəfəs almaqda çox çətinlik çəkdiyi, hətta ona süni nəfəs belə verildiyi qeyd olunub. Həbsxana nəzarətçiləri isə onu aclıq aksiyasını dayandırması üçün ikinci dəfə təkadamlıq kameraya köçürüblər. Belə ki, musiqiçini dekabrın 7-də Evin həbsxanasının 240-cı bəndinə salıblar. Onlar həkimin xəbərdarlığına baxmayaraq, siyasi məhbusu hakimin qərarı ilə təkadamlıq kameraya saldıqlarını və aclıq aksiyasını dayandırmayanadək onu Evin həbsxanasının 350-ci bəndinə qaytarılmayacağını vurğulayıblar.

Qeyd edək ki, Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olmuş müğənni, muğam ifaçısı İ. Bərzigəri 2011-ci ilin iyununda klarnet ifaçısı Rəsul Heydərzadə ilə birlikdə həbs olunub. Tehran məhkəməsi onu casusluqda günahlandıraraq 7 illik həbsə məhkum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR