Saakaşvili: “Prezidentlik dövrümdə azərbaycanlılarının Gürcüstan təhsil sisteminə inteqrasiyasını ilk üçlükdə qeyd edərdim”

Saakaşvili: “Prezidentlik dövrümdə azərbaycanlılarının Gürcüstan təhsil sisteminə inteqrasiyasını ilk üçlükdə qeyd edərdim”
# 25 oktyabr 2013 12:31 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycan tələbələri assosiasiyanın nümayəndələri ilə görüşüb.

APA-nın “Qruziya Online” saytına istinadən verdiyi məlumata görə, assosiasiyanın nümayəndələri Gürcüstanda yaşayan azərbaycanlılara Gürcüstanın ali məktəblərində oxumasına dəstək göstərməsinə görə M.Saakaşviliyə təşəkkürnaməni veriblər.

M.Saakaşvili isə öz növbəsində bildirib ki, Gürcüstan vətənpərvərləri olan azərbaycanlıları görməyə şaddır: “Biz azərbaycanlıları Gürcüstanın təhsil sisteminə inteqrasiya etməyə nail olduq. Məndən soruşsalar ki, prezident dövrümdə hansı nailiyyətlərə çatmışam, o zaman bu nailiyyətini ilk üçlükdə qeyd edərdim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR