Əsgər əsgəri bıçaqlayıb

Əsgər əsgəri bıçaqlayıb
# 29 mart 2014 09:43 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycan ordusunun hərbi qulluqçusu əsgər yoldaşını bıçaqlayıb. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Səməd Əkbərli aralarında yaranan münaqişə zəminində hərbçi yoldaşı Kənan Məmmədzadəni bıçaqlayıb. K. Məmmədzadə hospitala yerləşdirilib, vəziyyəti kafidir.

Müdafiə Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR