Mənzilində huşunu itirmiş paytaxt sakini xilas edilib

Mənzilində huşunu itirmiş paytaxt sakini xilas edilib
# 05 noyabr 2013 19:36 (UTC +04:00)

Bakı-APA. Bu gün axşam saatlarında Bakının Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 9 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanına qalxaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə aşkarlanmış vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR