Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Ukraynadakı vəziyyəti müzakirə ediblər

Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Ukraynadakı vəziyyəti müzakirə ediblər
# 29 may 2014 08:01 (UTC +04:00)

APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Söhbət zamanı tərəflər Ukraynada keçirilən prezident seçkilərini, habelə Suriyanın kimyəvi silahının məhv edilməsini müzakirə ediblər.

S.Lavrov Ukrayna hökumətinin ölkənin cənub-şərq vilayətlərində hərbi əməliyyatının dayandırılmasının və ümummilli dialoqun tezliklə başlanılmasının vacibliyini vurğulayıb.

S.Lavrovla C.Kerri sıx təmasları davam etdirmək qərarına gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR