Masallıda partlayış zamanı xəsarət alan dörd nəfərdən üçü Respublika Yanıq Mərkəzinə göndərilib - YENİLƏNİB - VİDEO

Masallıda partlayış  zamanı xəsarət alan dörd nəfərdən üçü Respublika Yanıq Mərkəzinə göndərilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 15 mart 2014 12:53 (UTC +04:00)

APA-nın cənub bürosunun xəbərinə görə, partlayış zamanı xəsarət alan şəxslərin 37 yaşlı Ramin Ələkbərov, onun həyat yoldaşı, 30 yaşlı İlhamə Ələkbərova, qızları - 10 yaşlı Gülsüm və 13 yaşlı Təhminə olduğu açıqlanıb.

Qeyd edək ki, bu gün Masallı şəhərində güclü partlayış baş verib. Hadisə bu gün səhər saatlarında rayon mərkəzində 37 yaşlı Ramin Mübariz oğlu Ələkbərova məxsus həyətyanı sahədə inşa olunmuş ümumi sahəsi 80 kvadratmetr olan 2 otaqlı köməkçi tikilidə qeydə alınıb. Qaz sızması nəticəsində baş verən partlayışdan sonra yanğın olub. Müxtəlif dərəcəli yanıq xəsarətləri bir ailənin dörd üzvü Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Mərkəzinin əməkdaşları tərəfindən xəstəxanaya aparılıblar. Burada onlara ilkin tibbi yardım göstərilib.

Ailə başçısının, onun həyat yoldaşının və 13 yaşlı qızı Təhminənin yanıq xəsarətləri ağır dərəcəli olduğundan onlar təcili olaraq Bakı şəhərindəki Yanıq Mərkəzinə yola salınıblar. Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş 10 yaşlı Gülsümün vəziyyəti isə stabildir.

Faktla bağlı müvafiq qurumlarda araşdırma aparılır.

***

10:03

Bakı-APA. Masallı şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 80 kvadratmetr olan 2 otaqlı köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində köməkçi tikilidə yaşayan 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyası tərəfindən aparılıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR