ATƏT PA-nın komitə iclasında təşkilatın Bakı ofisinin yenidən açılması ilə bağlı təklif qəbul olunub

ATƏT PA-nın komitə iclasında təşkilatın Bakı ofisinin yenidən açılması ilə bağlı təklif qəbul olunub
# 30 iyun 2014 13:16 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində Demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin iclasında “Helsinki + 40: məqsəd hər bir insana təhlükəsizlik” adlı qətnamə layihəsinə ATƏT-in Bakı ofisinin açılmasına çağırışla bağlı düzəliş təklifi qəbul olunub.

APA-nın məlumatına görə, komitə sədri İsabel Santosun sədrliyi ilə keçirilən iclasda düzəliş İsveç və Norveçdən olan parlamentarlar tərəfindən irəli sürüb. Qətnamə layihəsinə ATƏT-in Bakı ofisinin yenidən açılmasına icazə verilməsinə çağırışın əks olunduğu 45 saylı bənd daxil edilib. Səsvermə nəticəsində düzəliş qəbul olunub.

Müzakirə zamanı azərbaycanlı deputat Rəbiyyət Aslanova bu məsələyə etirazını bildirərək Azərbaycan tərəfinin tələbini səsləndirib: “Bundan əvvəlki məsələdə də, indi də bizim etirazımız birmənalı olaraq nəzərə alınmadı. Azərbaycan tərəfi buna görə iclasın xanım İsabel Santos tərəfindən aparılmasına qəti etiraz edir”.

İ. Santos isə R. Aslanovaya cavabında bildirib: “Hər iki məsələ irəli sürüləndə sizə də söz verildi və etirazınızı çatdırdınız. Lakin bu, səsvermə yolu ilə baş tutan bir haldır. Ona görə də burada mənlik heç nə yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR