Rusiyadan Azərbaycana qanunsuz yolla siqaret keçirmək cəhdinin qarşısı alınıb

Rusiyadan Azərbaycana qanunsuz yolla siqaret keçirmək cəhdinin qarşısı alınıb
# 18 sentyabr 2013 12:21 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycan gömrükçüləri Rusiyadan Azərbaycana qanunsuz olaraq siqaret keçirməyə cəhd edən Azərbaycan vətəndaşını saxlayıblar.

APA-nın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşı Şükran Əkbərovun idarə etdiyi “Ford Mondeo” markalı nəqliyyat vasitəsinə baxış zamanı həmin nəqliyyat vasitəsinin salonunda və baqajında gömrük nəzarətindən gizlədilmiş 2310 qutu “Kent Nanotek” və 90 qutu “Marlboro Micro” markalı siqaretlər aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR