Bu həftə Azərbaycan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Müşahidə Şurasının ilk iclası keçiriləcək

Bu həftə Azərbaycan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Müşahidə Şurasının ilk iclası keçiriləcək
# 09 sentyabr 2013 08:32 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Müşahidə Şurasının ilk iclasının sentyabr ayının 15-dək keçirilməsi nəzərdə tutulub.

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Müşahidə Şurasının ilk iclasında Fond tərəfindən yaxın aylarda elan ediləcək qrant müsabiqələri üzrə qrant müqavilələrinin forması, şərtləri və digər vacib məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Fondun Müşahidə Şurasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini nazir müavini Elmir Vəlizadə, Təhsil Nazirliyini nazir müavini Ceyhun Bayramov, Maliyyə Nazirliyini şöbə müdiri Firdovsi Xəlilov, İqtisadi İnkişaf Nazirliyini strateji planlaşdırma şöbəsinin müdiri Səməd Bəşirli, qeyri-hökumət təşkilatlarını Azərbaycan İnternet Cəmiyyətinin rəhbəri Qalib Qurbanov, Azərbaycan internet Forumunun rəhbəri Osman Gündüz və İnformasiya problemlərinin araşdırma Mərkəzinin rəhbəri Yaşar Hacıyev təmsil edir.

İlin sonunda artıq Fondun tam fəaliyyətə başlaması və ilk qrant müsabiqəsinin elan edilməsi gözlənilir. Müsabiqədə üstünlük yeni innovativ məhsulların və infrastrukturun, İKT və internet xidmətlərinin inkişafını nəzərdə tutan layihələrə üstünlük veriləcək. Fondun yaradılmasının əsas məqsədi İKT sahəsinin inkişaf etdirilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR