Nadir Əzməmmədov: “Bakı-Tiflis-Qars dəmir yolunun tikintisində çalışan işçilərin maaşlarını verməyə hazırlaşırıq”

Nadir Əzməmmədov: “Bakı-Tiflis-Qars dəmir yolunun tikintisində çalışan işçilərin maaşlarını verməyə hazırlaşırıq”
# 17 mart 2014 14:22 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Yaxın vaxtlarda Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsində tikinti işlərini aparan işçilər əmək haqlarını ala biləcəklər.

Bunu “APA-Economics”ə verən “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

O deyib ki, bununla bağlı heç bir problem yoxdur və hazırda qurum işçilərin məvacibini verməyə hazırlaşır.

Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsində çalışan bir qrup işçi ötən ilin dekabr ayından etibarən artıq dörd aydır əmək haqlarını ala bilmədiklərini bildirib. İşçilər belə davam edərsə, tətil edəcəklərini deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR