Rəbiyyət Aslanova: “Azərbaycan gənclərinin Suriyaya getməsi prosesi dayanıb" - VİDEO

Rəbiyyət Aslanova: “Azərbaycan gənclərinin Suriyaya getməsi prosesi dayanıb" - <span style="color: red;">VİDEO
# 29 mart 2014 09:57 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.

R. Aslanova bildirib ki, hazırda Suriyada müxtəlif qruplaşmaların tərkibində olan azərbaycanlı gənclər daha əvvəl bu ölkəyə gedənlərdir: "Gənclərimiz bilməlidirlər ki, muzdla başqa ölkələrdə vuruşmaq qanunun pozulması deməkdir. Bu gənclərin belə bir yol seçmələrində qanunları bilməmələri, məlumatsızlıqları əsas rol oynayıb. Gənclərimiz müəyyən qüvvələrin təsiri altında bu yola düşüblər. Hazırda gənclərin maarifləndirilməsi istiqamətində işlər aparılır, qanunlarımız sərtləşdirilib. Gənclərimiz qanunlarımızın əsas müddəalarını bilməlidirlər. Gedən insanlarımızın geri qayıdacağına inanıram. Bu gənclər də geri qayıdanda qanun qarşısında cavab verməli olacaqlar. Azərbaycan vətəndaşlarının bu gün Suriyada başlarına gələnlər, hər ölüm xəbəri bizi narahat edir. Övladları Suriyaya gedən valideynlərin də vəziyyətini başa düşürəm. Heç bir ana övladının xarici ölkədə ölməsini istəməz".

R. Aslanova qeyd edib ki, Azərbaycan gənclərinin Suriyada ayrı-ayrı qruplaşmaların tərkibində döyüşməsi ölkələr arasındakı münasibətlərə də pis təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR