Allahşükür Paşazadə Minskdə keçiriləcək beynəlxalq konfransda məruzə ilə çıxış edəcək

Allahşükür Paşazadə Minskdə keçiriləcək beynəlxalq konfransda məruzə ilə çıxış edəcək
# 16 noyabr 2013 07:05 (UTC +04:00)

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi «Xristianlıq və İslamın qloballaşma şəraitində dialoqu» mövzusunda noyabrın 17-19-da Minskdə keçiriləcək beynəlxalq elmi-praktik konfransda iştirak etməkdir.

Bu qəbildən sayca səkkizinci olan budəfəki Konfrans Vatikanın xristian birliyinə yardım üzrə Papa şurası ilə birgə təşkil olunub.

Bütün Belarusun Patriarx-Ekzarxı, Minsk və Slutsk Mitropoliti Filaretin dəvəti əsasında həyata keçirilən səfər zamanı bir sıra yüksək səviyyədə görüşlər, o cümlədən MDB və Qərbi Avropanın ənənəvi din liderləri, habelə Vatikandan olan nümayəndə heyəti ilə görüşləri nəzərdə tutulub.

Şeyxülislam A. Paşazadə beynəlxalq konfransda məruzə ilə çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR