Macarıstan nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Macarıstan nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
# 07 iyun 2014 13:56 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Azərbaycanda səfərdə olan Macarıstan nümayəndə heyəti bu gün Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qonaqlara ermənilərin azərbaycanlılara, eləcə də şimal bölgəsində yaşayan digər xalqlara qarşı törətdikləri kütləvi soyqırımı haqqında məlumat verilib.

Macar Turan Vəqfinin sədri Andras Biro bu soyqırımın insanlığa qarşı törədilən cinayət olduğunu bildirib. O, ölkəsinə qayıtdıqdan soyqırım haqqında Macarıstan ictimaiyyətini məlumatlandıracağını deyib.

Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət etməklə, ermənilərin törətdikləri soyqırım dəhşətlərini öz gözləri ilə görmək imkanı əldə ediblər. Deputat qonaqların cəbhədə bölgəsində səfərinin təşkil olunacağını da deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR