Azərbaycanda neft məhsullarının satışı 5% artıb

 Azərbaycanda neft məhsullarının satışı 5% artıb
# 25 noyabr 2013 13:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 5 600,5 min ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3% çox neft məhsulları (ixrac da daxil olmaqla) göndərilib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu dövr ərzində istehlakçılara göndərilən məhsulların 34,2%-ni dizel yanacağı, 20,8%-ni avtomobil benzini, 10,1%-ni aviasiya üçün ağ neft, 4,7%-ni neft bitumu, 3,9%-ni maye qaz, 3,5%-ni mazut yanacağı, 0,8%-ni sürtgü yağları, 22,0%-ni isə digər məhsullar təşkil edib.

Bu ilin 10 ayında neft məhsullarının 77,4%-i daxili bazarda tələbatın ödənilməsinə yönəldilib, 22,6%-i isə ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR