Gələn il Azərbaycanda aksiz vergiləri büdcə gəlirlərinin 10%-ni təşkil edəcək

Gələn il Azərbaycanda aksiz vergiləri büdcə gəlirlərinin 10%-ni təşkil edəcək
# 10 oktyabr 2013 11:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın 2014-cü il dövlət büdcəsinin gəlirlərinin (Dövlət Neft Fondundan transfertlər istisna olmaqla) 9,7%-ni və 874,5 mln. manatını aksiz vergilərin təşkil edəcəyi proqnozlaşdırılır.

«APA-Economics»in məlumatına görə, bunun 784,5 mln. manatının Vergilər Nazirliyi, 90,0 mln. manatının isə Dövlət Gömrük Komitəsinin xətti ilə təmin olunacağı gözlənilir.

Gələn il üçün aksiz vergilərinin həcmi 2012-ci ilin faktiki nəticəsi ilə müqayisədə 343,0 mln. manat və ya 64,5%, 2013-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə isə 280,5 mln. manat və ya 47,2% çoxdur.

Vergilər Nazirliyi üzrə proqnozlaşdırılan aksiz vergilərinin toplanması 2012-ci ilin faktı ilə müqayisədə 329,9 mln. manat və ya 72,6%, 2013-cü ilin proqnozu ilə müqayisədə 273,5 mln. manat və ya 53,5% artacaq.

Gömrük orqanları üzrə proqnozlaşdırılan aksiz vergiləri üzrə daxlolmalar 2012-ci ilin nəticəsi ilə müqayisədə 13,1 mln. manat və ya 17,1% çox, 2013-cü ilin proqnozu ilə müqayisədə 7,0 mln. manat və ya 8,4% çox olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR